Qalxanabənzər vəzi qorumaq üçün stress hormonu olan kortizolun istehsalını azaltmaq lazımdır. Bəs bizi narahat edən səbəblər başımızdan aşdıqda bunu necə etmək olar? Bu sualın cavabını doktor Aleksandr Myasnikov “Rosiya” telekanalındakı sağlamlıq verlişində cavablandırıb.
Almaniya, İsveçrə və Avstriyadan olan avropalı alimlər müəyyən ediblər ki, tez-tez zehni stress qalxanvari vəzi sıradan çıxarır. Stress və artan kortizol səviyyəsinə görə tiroid hormonlarının miqdarı azalır və buna görə də onun yüklənməsi artır. Bəs əsəbi olmağı dayandırmaq və sağlam qalmaq üçün necə edək?
O, kortizol səviyyəsini dərmanlarla azaltmağı məsləhət görmür. Teledoktor stresli vəziyyətlərə düzgün reaksiya verməyi məsləhət görür.
"Əslində bizi həyatda saxlayan stresdir. Stress olmasaydı, çoxdan ölmüş olardıq. Stresə uyğunlaşırıq, ona görə də yaşayırıq. Stress yaxşıdır. Pis olan isə həddindən artıq stress və ya ona düzgün reaksiya verməməyimizdir",- deyə həkim izah edib.
“Taleyə və Allaha inanan insanlar stresin zərərli təsirlərinə daha az həssasdırlar. Müasir insan isə narahatlıqdan az qala dəli olur”,-Myasnikov bildirib.
"Streslə "üzmək" lazımdır. Müqavimət göstərməməlisən. Əks halda, bu dalğa sizi sadəcə olaraq “süpürüb” gedəcək. Hansı vəzdə problem var?!Heç nə tapa bilməyəcəksiniz! Əslində isə o dalğalarda üzmək, sadəcə üzmək lazımdır. Bu, bir sənətdir”, –deyə doktor Myasnikov streslə mübarizə üsulunu bölüşüb.
Nubar Süleymanova, “İki sahil”