“Curiosity” marsoxodundan əldə edilən məlumatlardan istifadə etməklə aparılan yeni bir araşdırma göstərir ki, Marsdakı kraterlərdə vaxtilə çaylar olub, bu da mümkün qədim yaşayış şəraitinə işarə edir.
“Geophysical Research Letters” jurnalında dərc edilən araşdırmada Marsda eroziyanı simulyasiya etmək üçün ədədi modellərdən istifadə edilib və müəyyənləşdirilib ki, qayalıqlar və çıxıntılar kimi tanınan ümumi krater xüsusiyyətləri, ehtimal ki, qədim çay kanallarının qalıqlarıdır. Tədqiqatçılar peyk məlumatlarından, “Curiosity”nin şəkillərindən və Meksika körfəzində Yer qabığının altındakı qaya təbəqələrinin 3D skanlarından istifadə edərək kompüter modelini öyrədiblər. Bu təhlil əvvəllər eroziyaya uğramış çay çöküntüləri ilə əlaqələndirilməyən Mars krater xüsusiyyətlərinin yeni izahlarını tapmağa əsas verib.
Amerika Birləşmiş Ştatlarının Penn Ştatında geoelmlər üzrə dosent və tədqiqatın aparıcı müəllifi Benjamin Kardenasın dediyinə görə, biz Mars haqqında bilmək üçün lazım olan hər şeyi bu çay çöküntülərinin stratiqrafik olaraq necə şərh oluna biləcəyini daha yaxşı başa düşməklə, müasir süxurları çöküntü təbəqələri kimi nəzərdən keçirməklə öyrənə bilərik. Bu təhlil snapşot deyil, dəyişiklik rekordudur.
Əvvəlki tədqiqatlardan fərqli olaraq, çay silsilələrini qədim çay çöküntüləri üçün mümkün namizədlər kimi nəzərdən keçirən komanda, bu silsilələr ilə əlaqəli olmayan çay çöküntülərinin sübutunu da tapıb. Bu, onu göstərir ki, Marsın digər hissələrində də çay çöküntüləri mövcud ola bilər və bu, planetin tarixi haqqında anlayışımızı genişləndirir.
Kompüter modelini yaratmaq üçün tədqiqatçılar neft şirkətləri tərəfindən toplanmış Yerin stratiqrafiyasının 25 illik skanerindən istifadə ediblər. Bu görüntülər Marsla müqayisə üçün ideal olub və Marsdakı kimi eroziyanı simulyasiya etməyə imkan verib. Əldə edilən model göstərib ki, Marsdakı eroziya landşaftları “Geyl” kraterində “Curiosity” marsoxodunun müşahidə etdiyi relyef formalarına çox oxşardır.
Bu yeni araşdırma qədimdə Marsda həyatın mümkünlüyü ilə bağlı maraqlı suallar doğurur. Alimlər Marsı tədqiq etməyə və daha çox məlumat toplamağa davam etdikcə, orada keçmişdə yaşayış olması ilə bağlı yeni sübutlar tapmağa ümid edirlər.
Nubar Süleymanova, “İki sahil”