04 noyabr 2023 02:23
739

Bu xəstəliklər hər zaman əllərin soyuqluğuna səbəb olur

Mütəxəssislər xəbərdarlıq edirlər ki, havanın temperaturundan asılı olmayaraq əllərin hər zaman soyuq olması ciddi bir xəstəliyin əlaməti ola bilər.

Bu, ilk növbədə, vegetativ-damar distoniyası və ya karpal tunel sindromunu göstərə bilər. Bu zaman əllərdə həssaslığın azalması, barmaqları əymək və düzəltməkdə çətinlik yaranır. Bu xəstəlik daha çox proqramçılar, kopirayterlər, paketçilər və musiqiçilər arasında baş verir.

Digər hansı xəstəliklər əllərin daim soyuq olmasına səbəb ola bilər?

Həmçinin səbəblər donmanın uyuşma ilə müşayiət olunduğu Raynaud sindromu, daha sonra yanma və qızartı və ya əlləri daha çox işlək olan insanlar üçün xarakterik olan vibrasiya xəstəliyi kimi xəstəliklər ola bilər.

Bundan əlavə, hipotiroidizm və osteoxondroz səbəbiylə əllər soyuq qala bilər.

Ancaq soyuq əllər həmişə xəstəliyin mövcudluğunu göstərmir – bəzən stress, hormonal dəyişikliklər, pəhrizlə bağlı ola bilər. Mütəxəssislər problemin əsl səbəbini öyrənmək üçün həkimə müraciət etməyi məsləhət görürlər.

Nubar Süleymanova, “İki sahil”