16 noyabr 2023 02:35
560

Təbiətin qəribəlikləri...

Təbiətin özündə elə qəribə hadisələr baş verir ki, insanın inanmağı  gəlmir. Amma fakt faktlığında qalır. Sizə  söhbət açacağım bu qəribəlik   bir göllə bağlıdır. Belə ki, Avstraliyanın  Kamberra  və Sidney  şəhərləri arasında qərar tutan bir göl  vardır, “Corce” adlanır.

1820-ci ildən kəşf olunan göl bu illər  ərzində  beş dəfə yoxa çıxmış və yenidən öz görkəmində peyda olmuşdur.  Bu da yer üzündə  analoqu olmayan bir nadir təbiət  hadisəsidir.   Dünya alimləri uzun illər belə bir qəribəlik haqqında düşünsələr də, hələlik sirrin “açarını”  tapa bilmirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü