“Rossiya” telekanalının “Ən vacibi haqqında” verilişində maraqlı fakt müzakirə olunub. Məlum olub ki, ətraf mühitin temperaturunun aşağı salınması diabet xəstələrinin vəziyyətinə faydalı təsir göstərir.
Reabilitasiya həkimi, ənənəvi müalicə sistemləri üzrə mütəxəssis, psixologiya elmləri namizədi Sergey Aqapkin qeyd edib ki, temperatur aşağı düşəndə bədənimiz özünü isitməyə daha çox enerji sərf etməyə başlayır.
Araşdırmalar göstərib ki, şəkərli diabet xəstəsi mənzilində havanın temperaturunu aşağı salmaq üçün kondisionerdən istifadə edərsə, gündə 100-200 kalori daha çox xərcləməyə başlayacaq. Bu, müvafiq olaraq, onun bədəninin daha çox qlükoza və yağ yandırması deməkdir ki, bu da II tip diabetli insanların sağlamlığını qorumaq üçün son dərəcə vacibdir.
Nubar Süleymanova, “İki sahil”