16 noyabr 2023 14:00
690

“İnsan yeyən” iqlim böhranı

114 beynəlxalq ekspert bu il səkkizinci dəfə nəşr olunan “Lancet Health and Climate Change Countdown 2023”( Lancet Sağlamlıq və İqlim Dəyişikliyi Geri Sayım 2023) hesabatını hazırlayıb.

London Universitet Kollecinin rəhbərlik etdiyi hesabatda iqlim böhranının insan sağlamlığı üçün təhlükəli olduğu ortaya çıxıb. Hesabatda bildirilir ki,qlobal temperatur artımı 2050-ci ilə qədər davam edərsə, istidən ölüm hallarının 4,7 dəfə artması riski gözlənilir.

Qeyd olunur ki, 1990-cı ildən 65 yaşdan yuxarı insanlarda istiliklə bağlı ölüm halları 85 faiz artıb. Bu yaş qrupu körpələrlə birlikdə günvurmaya qarşı ən həssas qrupdur.

Vurğulanır ki, həddindən artıq istilərə məruz qalma və nəticədə məhsuldarlıq itkiləri 2022-ci ildə 863 milyard dollara qədər gəlir itkisinə səbəb olub.

Qlobal temperatur yüksəldikcə yaşlı insanlar və körpələr 1986-cı ildən 2005-ci ilə qədər ildə iki dəfədən çox isti dalğasına(bir neçə gün və ya həftə davam edən və bir ölkənin coğrafiyasının vacib bir hissəsinə də təsir edən anormal yüksək temperaturdur) məruz qaldı.

1981-2010-cu illərlə müqayisədə, 2021-ci ildə istilik dalğaları və quraqlıq ilə əlaqədar təxminən 127 milyondan  daha çox insan orta və ya şiddətli qida çatışmazlığı ilə üzləşib.

2005-ci ildən qalıq yanacaqlar (mineral yanacaqlar olaraq da bilinir, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqları) səbəbindən havanın çirklənməsindən ölümlər 15 faiz azalıb. Bu, kömür  qaynaqlı çirklənmənin atmosferə daha az daxil olmasının nəticəsidir.

Vüsal Cahanov, “İki sahil”