Bu acılı Aralıq dənizi ədviyyatı faydalı xüsusiyyətləri ilə məşhurdur. Gündə az miqdarda rozmarin yemək həm həzmi yaxşılaşdırmağa kömək edir, həm də sinir gərginliyini aradan qaldırır və hətta insultdan sonra sağalmağa səbəb olur.
Tədqiqatlar təsdiq edir ki, rozmarin həzmə faydalı təsir göstərən mədə şirəsinin ifrazının artmasına kömək edir, lakin onun ən mühüm xüsusiyyətlərindən biri qidada kanserogenlərin əmələ gəlməsinin qarşısının almaqdır. Mütəxəssislərin fikrincə, rozmarin qidaya əlavə edildikdə zərərli heterosiklik birləşmələrin tərkibi və zülalların qlikasiyası azalır, eyni zamanda qidanın faydalı xassələrini qoruyub saxlamağa kömək edir. Bundan əlavə, rozmarin ürək üçün çox faydalıdır.
Ədviyyatın uçucu xüsusiyyətləri daxili havanı stafilokokk, streptokokk və E.coli də daxil olmaqla zərərli mikroblardan 80% təmizləyə bilir. Sübut edilmişdir ki, rozmarin efir yağını tənəffüs etmək demək olar ki, dərhal insanlarda qısamüddətli və uzunmüddətli yaddaşın yaxşılaşmasına səbəb olur. Rozmarin aromaterapiyası boğaz ağrısı, bronxit, burun axması və kəskin respirator virus infeksiyalarında tövsiyə olunur. Aromaterapiya həmçinin stress səviyyəsini azaldır, qanda adrenalini və xarici stimullara qarşı dərinin qalvanik reaksiyasını aşağı salır.
Nubar Süleymanova, “İki sahil”