İnternetdə satılan doldurucular allergik reaksiya, infeksiya, toxuma nekrozu və hətta ölümlə nəticələnə bilər. Bu sözləri rusiyalı dermatoloq Boris Miroşniçenko “Smotrim” platformasına müsahibəsində deyib.
“Artıq qadınların dodaqlarını böyütmək və qırışları aradan qaldırmaq üçün dərman alıb özləri iynə vurması ilə bağlı acınacaqlı hallar var. Bu, çox təhlükəlidir, çünki belə məhsulların tərkibi heç kimə məlum deyil, onlar bəziləri he sertifikatlaşdırılmayıb. Naməlum mənşəli doldurucular qəfil və sürətlə inkişaf edən allergik reaksiyaya səbəb olan komponentləri ehtiva edə bilər - hətta boğulmaya səbəb ola bilər. Həm də hialuron turşusundan fərqli olaraq bədəndən xaric olmayan müxtəlif qorxulu biopolimerlər var”, -deyə o bildirib. Həkim aydınlaşdırıb ki, hialuron turşusu preparatları 1-1,5 ildən sonra orqanizmdən təbii yolla xaric olur. Ancaq iltihab başlayırsa və ya harasa axıbsa, biopolimer cərrahi yolla çıxarılmalıdır. Biopolimer əvvəlcə təmizlənməli, sonra rekonstruktiv plastik cərrahiyyə aparılmalıdır. Bundan əlavə, kosmetoloq, inyeksiya edərkən, damara daxil ola bilər. Hialuron turşusuna əsaslanan sertifikatlaşdırılmış məhsul dərhal antidot ilə çıxarılır. Ancaq damara daxil olan biopolimer onu bağlayacaq, bu halda nəticələr çox kədərli ola bilər - toxuma nekrozundan ölümə qədər hallar baş verə bilər.
Nubar Süleymanova, “İki sahil”