17 noyabr 2023 23:19
550

AI Pin ağıllı proyektor broş - FOTO

Bu startap özünü smartfonun əvəzedicisi kimi təqdim edir və 2024-cü ildə buraxılacaq. Sinə üzərinə sancılan broş kamera, mikrofon ilə təmin olunmuşdur.

O jestlər, toxunuşlar və səslə idarə olunur. Onunla süni intellektə sual və tapşırıq verə, şəkil çəkə, zəng edə və mesaj göndərə bilərsiniz. Cihazın özü 699 dollara başa gələcək və aylıq 24 dollar abunə haqqı olacaq.

Nubar Süleymanova, “İki sahil”