08 dekabr 2023 13:06
386

Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 54 milyon dollar gəlir əldə edib

Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 777,744 milyon ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə rəydə bildirilib.

Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisədə 278,028 milyon dollar və yaxud 55,6 % çoxdur.

Yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi ARDNF-in hesabına 54,214 milyon dollar və yaxud idarəetmədə olan vəsaitinin 3,8 %-i qədər gəlir əldə edib.