Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

“İki sahil” xəbər verir ki, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbər Heydər Əliyevin Culfa şəhərində əzəmətlə ucalan büstünün önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.