Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib.
Tərtib olunmuş tədbirlər planına uyğun olaraq 12 dekabr tarixində bir qrup partiya fəalı ilə birgə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış möhtəşəm heykəli ziyarət olunub.
Heykəlin önünə qərənfillər düzüldükdən sonra, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
Cavid Əkbərov, "İki sahil"