13 dekabr 2023 12:24
297

Xaçmazda küçə və həyətləri sel basıb - FOTO

Xaçmazda güclü yağışlar nəticəsində baş verən selin yaratdığı fəsadlar arada qaldırılır.

“İki sahil” xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun Tel kəndində 4 evin həyətyanı sahəsinə, Şimali kəndində isə, bir neçə küçəyə yağış suları dolub. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, hazırda xüsusi texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.