16 dekabr 2023 12:27
286

Dendrologiya İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 2023-cü ildə aparılan elmi-tədqiqat işləri və alınan nəticələrə həsr olunmuş iclas keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə institutdan bildirilib. Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda il ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinə dair müzakirələr aparılıb.

İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyət, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında məlumat veriblər. Həmçinin tədqiqat işləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparılıb.