21 dekabr 2023 13:47
311

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş rayon birinciliyi keçirilib - FOTO

Vətən müharibəsi Qəhrəmanı Saleh Həsənovun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə Goranboy rayonunun açıq birinciliyi keçirilib.

“İki sahil” xəbər verir ki, Goranboy Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, YAP Goranboy rayon təşkilatının sədri, yunan-roma güləşi üzrə Avropa çempionu Taleh Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər və idmançılar iştirak edib.

Tədbirdə ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Anar Məmmədov çıxış edərək yarışın keçirilməsinin məqsədinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması, tarixi qələbəmizin təbliği, istedadlı idmançıların yığma komandaya cəlb olunmasının olduğunu bildirib, iştirakçılara uğurlar arzulayıb.
Yarışın sonunda qaliblər fəxri fərman və medallarla təltif olunublar.