24 dekabr 2023 14:59
365

İlin ən böyük gənclər tədbiri - “Həmrəylik Festivalı” keçirilir

Festivalda iştirak etmək üçün 40 minədək gənc müraciət edib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı və aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında Zəfər dolu ilin ən böyük gənclər tədbiri olan “Həmrəylik Festivalı” keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə ərazi bütövlüyü tam təmin olunmuş ölkənin qalib gəncləri müasir tariximizin ən uğurlu illərindən birini böyük şənliklə qeyd edirlər.

Festivalın konsert proqramında Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan Drumsun çıxış edəcəklər.

Gənclər arasında böyük marağa səbəb olan festivalda iştirak etmək üçün beş gün müddətində 40 minədək gənc müraciət edib.