İl ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər dekabrın 24-də Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mükafatlandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, Sabunçu rayonunun Zabrat qəsəbəsindəki Müayinə Mərkəzində keçirilən tədbirdə nümunəvi sürücü adı qazanan 37 nəfərə müxtəlif hədiyyələr təqdim olunub.
Sürücülərə mükafatları 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri təqdim ediblər.
İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda təhlükəsizliyi təmin etməkdir.