26 dekabr 2023 11:22
283

Azərbaycanda problemli kreditlərin həcmi 31 % azalıb

Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,3 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,02 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8 %, son 1 ildə isə 31,3 % azalıb.

Bu il noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət oktyabrın sonuna 1,9 %, ötən ilin sonuna 2,9 %, ötən il noyabrın sonuna isə 3,2 % olub.