26 dekabr 2023 14:16
330

Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 milyard manatdan çox azalıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manata bərabər olub.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 58% və ya 3 milyard 131.4 milyon manat, banklardan xaricə köçürmələr isə 38.2% və ya 349.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 398.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 914.5 milyon manat təşkil edib.