Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Aslan Şahgəldiyev və Elxan Səmədovun vəziyyəti yaxşıdır. Müalicələri uğurla davam etdirilir.
Bildirilib ki, Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb