Qazaxıstan bu il öz neftinin 50 milyon tondan çox hissəsini CPC neft kəməri ilə nəql edib.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin alternativ yolların inkişafına toxunulub. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan xətti ilə ildə 1,5 milyon ton, Rusiyanın "Drujba" sistemi ilə Almaniyaya ildə 1,2 milyon ton, Ahəmçinin zərbaycanla Bakı-Supsa neft kəməri ilə nəqletmə məsələləri də müzakirə olunur.
Qeyd edək ki, CPC Rusiya, Qazaxıstan və dünya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihədir.