Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.
"İki sahil" "Sportstar" jurnalına istinadən xəbər verir ki, 36 yaşlı idmançı bu barədə özü açıqlama verib.
Serbiyalı tennisçi ölkəsi üçün qızıl medal qazanmaq istədiyini bildirib: "Bu, unikal və xüsusi bir şey olar".
Qeyd edək ki, Paris olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb