“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Fransada davam etdirəcək.
"İki sahil" “Footmercato”ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun agentləri “Lill”lə danışıq aparır. İngiltərəli oyunçu özü də Fransada oynamağa razılıq verib.
Linqardın son klubu iyulda tərk etdiyi "Nottngem Forrest" olub. O, oktyabrda Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunda məşq edib. Lakin klubun əcnəbi oyunçu limiti bitdiyindən onun transferi həyata keçməyib.
Qeyd edək ki, Linqard “Mançester Yunayted”in yetirməsidir. O, “Lester,” “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem”, klublarında da çıxış edib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb