"Arsenal" yanvar ayı üçün transfer planları barədə qərar verib.
"İki sahil" "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisi müdafiəni gücləndirməyə üstünlük verəcək. Lakin klub bir neçə yarımmüdafiəçini də nəzərdən keçirə bilər.
Mattheys De Liqt və Niko Şlotterbek "Arsenal"ın qısa siyahısındadır. Ancaq klub onlardan birini almağı yox, icarəyə götürməyi planlaşdırır.
Həmçinin, Arteta və köməkçiləri 17 yaşlı Jorrell Hato-nun "Ayaks"dakı gedişatını yaxından izləyirlər, lakin bu qış onunla müqavilə bağlamayacaqlar. Klub qiyməti daha münasib və təcrübəli müdafiəçi almaq istəyir.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb