Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.
Federasiyadan “İki sahil”ə verilən məlumata görə, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə ediblər.
Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.
Boksçularımız bir il öncə 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdılar.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb