Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Keçmiş idmançı 69 yaşında vəfat edib.
Qeyd edək ki, Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə bu 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb