İspaniyanın "Real" klubu baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlib.
“İki sahil” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulacaq.
Qeyd edək ki, italiyalı baş məşqçi komandada olduğu beş mövsümdə 10 titul qazanıb. Bunlardan ikisi UEFA Çempionlar Liqası, ikisi klublararası dünya çempionatı, ikisi UEFA Superkuboku, biri La Liqa, ikisi ölkə kuboku, biri isə İspaniya Superkubokudur.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb