31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları verilib.
“İki sahil” xəbər verir ki, aksiyada YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov və aparatın əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində rayon sakinləri olan şəhid, qazi və aztəminatlı ailələrə bayram payları verilib, bayramları təbrik edilib.
Rayon sakinləri onlara göstərilən diqqət, qayğıya, o cümlədən bayram sovqatlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.