NBA-nın müntəzəm matçında “Detroyt” öz meydanında “Toronto”nu 129:127 hesabı ilə məğlub edib.
“İki sahil” xəbər verir ki, matçın ən məhsuldar oyunçusu 35 xal toplayan “Toronto”nun hücumçusu Paskal Siakam olub. “Detroyt”da müdafiəçi Keyd Kanningem ən çox xal toplayıb (30).
Beləliklə, “Detroyt” liqada 28 məğlubiyyət seriyasını dayandırıb. ABŞ klubu oktyabrın 29-da Çikaqo ilə ev oyununda qalib gəlib. Klub, 2014/15 və 2015/16 mövsümlərində Filadelfiyanın müəyyən etdiyi ən uzun məğlubiyyət seriyası üzrə liqanın antirekordunu təkrarlayıb.
Qeyd edək ki, “Detroyt” 32 matçda üç qələbə qazanaraq, Şərq Konfransının turnir cədvəlində sonuncu, 15-ci yer, “Toronto” isə 12-ci tutur, Kanada yığmasının hesabında 12 qələbə var.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb