“Əl-Şabab”ın yarımmüdafiəçisi Ever Baneqa karyerasını yenidən Argentinada davam etdirməyə yaxındır.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Boka Xuniors”a qayıdacaq.
Argentina millisinin üzvünün keçmiş klub ilə anlaşmaq üzrə olduğu bildirilib.
Qeyd edək ki, "Boka Xuniors"un yetirməsi olan Baneqa "Valensiya", "Atletiko", "Sevilya" və "İnter"də də oynayıb. O, 2006-2007-ci illərdə “Boka Xuniors”da çıxış edib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb