Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərinə yola düşüb.
“İki sahil” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi ilə üz-üzə gələcək.
Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək.
Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb