Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər.
“İki sahil” xəbər verir ki, konqolu hücumçu Portuqaliyada başqa klubun maraq dairəsinə düşüb.
Qış fasiləsində hücum xəttindəki problemi yoluna qoymağı planlaşdıran “Benfika” 27 yaşlı forvarda “elçi düşüb”. Banza Lissabon təmsilçisi üçün alternativlərdən biridir. Oyunçu hazırda 14 qolla Portuqaliya çempionatında bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb