Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin ilin ilk ayına olan reytinq cədvəlini açıqlayıb.
“İki sahil” xəbər verir ki, qurumdan verilən məlumata görə, bədii gimnast Zöhrə Ağamirova (610 xal) birinci pillədə qərarlaşıb.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (540) ikinci, cüdoçu Zelim Kotsoyev (360) üçüncü sıradakı mövqeyini qoruyub.
İdman gimnastı Nikita Simonov (355), stend atıcılığı üzrə MİX komanda (340), Hidayət Heydərov (305), Gültac Məmmədəliyeva (300), Leyla Əliyeva (280), (hamısı cüdo), idman gimnastı Nazənin Teymurova və güllə atıcısı Ruslan Lunyov (hər ikisi 250 xal) növbəti sıralarda yer alıblar.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb