“Səbail” komandası Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.
“İki sahil” "dənizçilər"in mətbuat xidmətinə istinadla xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.
Paytaxt təmsilçisi hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Miracle Resort” hotelində məskunlaşacaq kollektiv qonşu ölkədə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb