"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın hazırkı planlarından danışıb.
“İki sahil” "Marca"ya istinadla xəbər verir ki, 2023-cü ilin dekabr ayının sonunda Madrid klubu ilə müqaviləsini uzadan mütəxəssis deyib:
“Mövsümün yeni hissəsinə yaxşı başlamaq istəyirik. Şad xəbərimiz var: Zədəli futbolçularımız heyətə qayıdırlar. Karvaxal, Vinisius və Güler meydana qayıdacaq. Mendi və Kamavinqa isə gələn həftə bizə qoşulacaq”.
O, həmçinin qeyd edib ki, klub bu qış yeni mərkəz müdafiəçisi almaq niyyətində deyil: “Hazırda başqa mərkəz müdafiəçisi ilə müqavilə bağlamaq fikrində deyilik. Bu mövqedə 2 futbolçumuz zədəlidir, amma güvəndiyimiz daha 2 mərkəz müdafiəçimiz var”.
Qeyd edək ki, hazırda "Real" La Liqanın turnir cədvəlində 45 xalla liderdir.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb