Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.
Klubdan “İki sahil”ə verilən məlumata görə, serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollar ayrılıb.
Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.
Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb