“Yuventus” futbolçusu Kənan Yıldızın gələcəyi ilə bağlı qərar verib.
"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi Türkiyə millisinin hücumçusunu satmağı planlaşdırmır.
Son vaxtlar mətbuatda 18 yaşlı oyunçunun "Yuventus"dan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin futbolçunun A Seriyasında ardıcıl oynadığı iki matçdan sonra vəziyyət dəyişib.
Xatırladaq ki, Yıldız ölkə çempionatında “Yuventus”da debüt etdiyi “Frozinone”yə qarşı görüşdə qol vurmuşdu. Kənan 2022-ci ilin yayında "Bavariya"dan "qoca sinyora"ya keçib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb