Fransa millisinin hücumçusu Olivye Jiru "Milan"la müqaviləsini yeniləməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb.
37 yaşlı forvard "Milan"la 2024-cü il iyunun 30-da başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəlib.
"Milan" sözləşməni yeniləməkdə maraqlı olsa da, fransalı futbolçu karyerasını başqa bir klubda davam etdirmək niyyətindədir. Jirunun MLS komandalarından birinə keçməyi düşündüyü iddia edilir.
Qeyd edək ki, bu mövsüm Olivye Jiru "Milan"ın heyətində 21 oyun keçirib, 9 qol vurub və 6 qolu ötürməsini verib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb