“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin köməkçiləri bəlli olub.
Klubdan “İki sahil”ə verilən məlumata görə, monteneqrolu mütəxəssisin texniki zonasında Saşa Petroviç, Deyan Mrvaljeviç, Sənan Qurbanov, fiziki hazırlıq məşqçisi Deyan İliç, qapçılar üzrə məşqçi isə Emil Babayev yer alacaq.
Qeyd edək ki, “Neftçi” ötən ilin dekabrında Miodraq Bojoviçlə rəsmi müqavilə imzalayıb.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb