"Real"ın futbolçusu Arda Güler sabah Madrid təmsilçisində debüt edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib. O deyib ki, Türkiyə millisinin üzvü İspaniya kubokunda "Arandina"ya qarşı matçda start heyətdə oynaya bilər.
Qeyd edək ki, sabah keçiriləcək "Arandina" - "Real" görüşü yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə saat 00:30) başlayacaq.
Xatırladaq ki, ötən ilin yayında Madrid təmsilçisinə transfer olunan Arda zədə səbəbindən hələ də klubunda debüt edə bilməyib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb