PSJ bu qış "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraesi heyətinə qatmaqda israrlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Paris təmsilçisi 26 yaşlı futbolçu üçün 115 milyon avro təklif edib.
PSJ-nin baş məşqçisi Luis Enrike bu transferlə şəxsən maraqlanır. Ona görə də PSJ Gimaresi heyətinə qatmaq üçün əlindən gələni edir. "Nyukasl" isə futbolçusu ilə yolları ayrımaq istəmir.
"Nyukasl" ötən ilin oktyabr ayında Bruno ilə 2028-ci ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, bu mövsüm Gimares 28 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb