"Monako" "Vest Hem"in müdafiəçi Tilo Kereri heyətinə qatıb.
“İki sahil” klubun saytına istinadən xəbrə verir ki, knyazlıq təmsilçisi 27 yaşlı futbolçunu almaq hüququ ilə bu mövsümün sonuna qədər icarəyə götürüb.
Xatırladaq ki, Kerer 2022-ci ildə PSJ-dən “Vest Hem”ə keçmişdi. O, bu mövsüm Premyer Liqa klubunda 12 oyuna çıxıb.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb