Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında 19-cu tur oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, komanda səfərdə "Başakşehir"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Şahruddin Məhəmmədəliyev bu matç üçün start heyətdə yer alıb.
Qeyd edək ki, "Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 27 xalla 7-ci (17 oyuna), "Başakşehir" isə 19 xalla 15-cidir (17 oyuna).
17:00. "Başakşehir" - "Adana Demirspor"
Baş hakim: Turqut Doman
"Başakşehir Fatih Terim Stadionu"
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb