"Lill"in mərkəz müdafiəçisi Tiaqo Dyalo karyerasını "Yuventus"da davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün Fransa klubu ilə razılaşıb.
"Yuventus" "Lill"ə 3,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Dyalo 2019-cu ildən "Lill"də oynayır. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb