20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb