İngiltərə Premyer Liqasında çıxış edən klubların son üç mövsümün açıq hesabatına əsasən maliyyə səmərəliliyinin reytinqi tərtib edilib.
“İki sahil” yerli "LondonWorld" nəşrinə istinadən xəbər verir ki, bu müddət ərzində ən çox zərər etmiş komandalar açıqlanıb.
Birinci pillədə maliyyə pozuntularına görə 10 xalı silinən "Everton" qərarlaşıb. Mersisayd təmsilçisinin 520 milyon funt sterlinq zərər göstərici var.
İlk "3-lük"də "Çelsi" (409 milyon funt sterlinq) və "Aston Villa" (306,6 milyon funt sterlinq) yer alıblar. "Mançester Yunayted" 302,3 milyon funt sterlinq zərərlə 4-cü, "Fulhem" isə (197,5 milyon funt sterlinq) 5-ci olub.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb