20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxıb.
“İki sahil”in məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin məğlubiyyəti ilə bitib - 0:3 (9:25, 11:25, 9:25).
Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesabla yenilib.
Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanır.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb