“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.
“İki sahil”in FIBA-nın rəsmi saytına istinadən məlumatına görə, Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk “üçlük”də qərarlaşıb.
30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikinci sırada qərarlaşıb.
İlk “10-luq”da yer alan komandalar:
1. Kanada - 628,222
2. Çin - 591,292
3. “Neftçi” (Azərbaycan) - 543,813
4. ABŞ - 409,451
5. Fransa - 407,802
6. Almaniya - 383,461
7. İspaniya - 369,706
8. “Yuanda” (Çin) - 345,176
9. Niderland - 335,568
10. “Düsseldorf” (Almaniya) - 319,771
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb