08 yanvar 2024 20:47
585

Futbol dünyası daha bir əfsanəni itirdi - FOTO

Dünya futbolunun əfsanələrindən olan Frans Bekkenbauer vəfat edib.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, almaniyalı veteran futbolçu bu gün 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin tərkibində 1990-cı ildə dünya çempionu olub. O, iki dəfə “Qızıl top”un qalibidir.