Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütlələri nəticəsində paytaxtımıza qar yağır.
“İki sahil” xəbər verir ki, avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın bir sıra prospektlərində sürət həddi aşağı salınıb.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin texnikası əraziyə cəlb edilib, buz bağlayan yollar təmizlənib.